Avstraliya zavodunda kütləvi zəhərlənmə olub

Baş səhifə

Bakı. Trend:

Avstraliyanın Melburn şəhərində donuz ətinin emalı zavodunda dəm
qazı sızması baş verib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




İlkin məlumata görə, dəm qazı sızması ətin konservləşdirilməsi
üçün istifadə olunan avadanlıqlardan qaynaqlanıb.

Dəm qazından zəhərlənmə diaqnozu ilə 21 nəfər xəstəxanaya
yerləşdirilib.