
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüşün dekabrın 2-də günün ikinci yarısında keçirilməsi planlaşdırılıb.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Putinlə Uitkoffun görüşü sabaha planlaşdırılıb və günün ikinci yarısında keçiriləcək”, – o qeyd edib.
D.Peskov həmçinin bildirib ki, prezident sabah baş tutacaq Rusiya-ABŞ danışıqlarına hazırlıq çərçivəsində bir neçə müşavirə keçirəcək.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

