ATƏT-in Minsk Qrupu rəsmən ləğv olundu

Baş səhifə

Bakı. Trend:

ATƏT rəsmi olaraq Minsk prosesini başa çatdırıb və onunla bağlı
strukturları 30 noyabr 2025-ci il saat 23:59-dan ləğv edib.

Trend bu barədə
ATƏT-ə istinadən xəbər verir.

Qeyd edək ki, müvafiq qərar (MC.DEC/1/25) Ermənistan və
Azərbaycanın ATƏT-in Finlandiya sədrliyinə birgə müraciətindən
sonra 1 sentyabr 2025-ci il tarixində ATƏT-in Nazirlər Şurasında
qəbul olunmuşdu.

Lazımi bütün inzibati prosedurların başa çatdırılması, bütün 57
ATƏT iştirakçısı dövlətinin razılığı ilə əldə edilmiş konsensusun
bir hissəsi olan bağlanma prosesinin tamamlandığı anlamına
gəlir.

Xatırladaq ki, Minsk Qrupu 1992-ci ildə Qarabağ münaqişəsinin
sülh yolu nizamlanmasına dəstək məqsədilə Rusiya, ABŞ və Fransa
həmsədrliyi ilə yaradılmışdı, lakin münaqişənin nizamlanmasına nail
olmamışdı. Azərbaycan uzun müddət Ermənistanla rəsmi sülh sazişinə
irəliləyiş üçün ilkin şərt kimi Minsk Qrupunun ləğv edilməsini
tələb edirdi. Azərbaycan Respublikası və Ermənistan Respublikasının
xarici işlər nazirləri ATƏT sədri ilə (Minsk prosesinin bağlanması
ilə əlaqəli) bağlı müraciət göndəriblər.