Ötən ay azad edilmiş ərazilərdə zərərsizləşdirilmiş minaların sayı məlum olub

Baş səhifə

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb
olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə noyabr
ayı üzrə məlumat açıqlanıb.

Bu barədə Trend-ə Azərbaycan
Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat
verilib.




Bildirilir ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa,
Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və
Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş
Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində
575 piyada əleyhinə mina, 208 tank əleyhinə mina, 6510 Partlamamış
Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 6.443.9 hektar ərazi mina və PHS-lərdən
təmizlənib.