
Bakı.Trend:
Günəşdə 2025-ci ilin ən güclü partlayışlarından biri baş
verib.
Trend xəbər verir
ki, bu barədə “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Mixail
Leus öz Telegram-kanalında məlumat yayıb.
“Erkən səhər saatlarında Günəşdə ən yüksək – X sinfinə aid güclü
partlayış qeydə alınıb. İlkin məlumatlara görə, onun gücü X1,95 bal
təşkil edib və pik anı Moskva vaxtı ilə saat 05:49-a (Bakı vaxtı
ilə 06:49-a) təsadüf edib. Gücünə görə bu alışma 2025-ci ilin
əvvəlindən bəri ulduzumuzda qeydə alınan ən güclü beş partlayışın
sırasına daxildir”,- deyə o yazıb.
Sinoptikin sözlərinə görə, partlayışın formalaşdığı sahə
Günəş–Yer xəttindən əhəmiyyətli dərəcədə uzaqda yerləşir. Buna görə
də Günəş maddəsinin Yerə çatma ehtimalının son dərəcə az olduğu
qeyd olunub.


