
Bakı. Trend:
Növbəti flaqman “iPhone” yeni ekranaltı sensor və dəyişən
diyafraqmalı kamera ilə təchiz olunacaq.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
“PhoneArena” nəşrinin əməkdaşları məxfilikdən çıxarılan iPhone
18 barədə əsas detalları toplayıblar. Müəlliflərin fikrincə,
“Apple” yeni nəsildə cihazın ön panelinin dizaynını dəyişəcək, Face
ID biometrik sensorunu və ön kameranı ekranın altına yerləşdirəcək.
Bu isə “Dynamic Island” kəsiyindən imtina etməyə imkan verəcək.
Böyük ehtimalla, yeni smartfon əsas kamera üçün dəyişən
diyafraqmaya da sahib olacaq. “Dəyişən diyaframa o deməkdir ki,
istifadəçilər sensora nə qədər işıq düşəcəyinə dəqiq nəzarət edə
biləcəklər”,- deyə mütəxəssislər izah ediblər.
Həmçinin, “iPhone” 18 seriyası “A20” və “A20 Pro”
prosessorlarını alacaq- bunlar iki nanometrlik texnoloji proseslə
hazırlanmış ilk çiplərdir.


