ABŞ-da 8 mindən çox uçuş təxirə salınıb və ya ləğv edilib

Baş səhifə

Bakı. Trend:

ABŞ-da müşahidə olunan əlverişsiz hava şəraiti nəticəsində ən
azı 8 min aviareys ya ləğv olunub, ya da gecikib.

Trend xəbər verir ki,
ixtisaslaşmış “FlightAware” portalının məlumatlarını “CBS News”
telekanalı yayıb.




Bildirilib ki, noyabrın 30-da 7 460 reys gecikib, 664 uçuş isə
ləğv edilib.

Meteoroloqlar əvvəlcədən bir sıra ABŞ ştatlarında qar və soyuq
hava şəraitinin olacağı barədə xəbərdarlıq ediblər. “CBS News” qeyd
edib ki, ən çox ləğv və gecikmə halları Boston (Massaçusets),
Detroit (Miçiqan), Minneapolis (Minnesota), Nyu-York və Çikaqo
(İllinoys) hava limanlarında qeydə alınıb.