“Real Madrid” səfərdən bir xalla dönür

Baş səhifə

Bakı. Trend:

İspaniya La Liqasının XIV turunda “Jirona” “Real Madrid”i qəbul
edib.

Trend xəbər verir ki, oyunda
hesabı qonaqlar açıb. 40-cı dəqiqədə Mbappe fərqlənib. Lakin VAR
yoxlanışından sonra onun əllə oynadığı məlum olub və qol ləğv
edilib.

Bundan beş dəqiqə sonra Onuahi “Jirona”nı hesabda irəli çıxarıb
– 1:0.




Oyunun 61-ci dəqiqəsində “Real” Vinisiusun qolu ilə hesabı
bərabərləşdirsə də, ofsayd qeydə alınıb.

Madrid təmsilçisi bərabərliyi 67-ci dəqiqədə Mbappenin
penaltidən vurduğu qolla təmin edib.