Umerov ABŞ ilə görüşün uğurlu keçdiyini deyib

Baş səhifə

Ukrayna nümayəndə heyətinin rəhbəri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov Ukrayna böhranının həlli ilə bağlı ABŞ-dakı görüşü uğurlu və məhsuldar adlandırıb.

APA xəbər verir ki, Umerov və ABŞ dövlət katibi Marko Rubio danışıqlardan sonra mətbuat konfransı keçirib.

“Bu görüş indiyə qədər məhsuldar və uğurlu olub. Ümid edirəm ki, qarşıdakı mərhələlər barədə sizi məlumatlandıracağıq. Biz Ukraynanın gələcəyini, Ukrayna və Ukrayna xalqı üçün vacib olan bütün məsələləri müzakirə etdik”, – Umerov deyib.