“Changzheng-7A” raketi “Shi jian-28” eksperimental peykini orbitə çıxarıb

Baş səhifə

Bakı. Trend:

Çin “Changzheng-7A” (“Böyük Yürüş-7A”) daşıyıcı raketi bazar
günü “Shi jian-28” eksperimental peykini uğurla orbitə çıxarıb.

Trend xəbər verir
ki, raketin buraxılışı Haynan adasındakı Vençan kosmodromundan
Pekin vaxtı ilə 20:20-də (Bakı vaxtı ilə 16:20) həyata keçirilib.
Peyk daşıyıcıdan ayrıldıqdan sonra uğurla nəzərdə tutulan orbitə
yerləşib.




Eksperimental peyk əsasən kosmik mühitin tədqiqi, müxtəlif
eksperimentlərin aparılması və texnologiyaların sınaqdan
keçirilməsi məqsədilə istifadə olunacaq.