Venesuela ABŞ hücumu ehtimalına qarşı iki cavab planı hazırlayıb

Baş səhifə

Bakı. Trend:

Venesuela ABŞ tərəfindən mümkün hücum halında iki fərqli cavab
strategiyası hazırlayıb.

Trend xəbər verir
ki, bu barədə məlumatı Reuters yayıb.

Məlumata görə, birinci plan ölkə daxilində partizan
müqavimətinin təşkilini nəzərdə tutur. Bu strategiya çərçivəsində
təxribat və digər partizan əməliyyatları aparmaq üçün 280-dən çox
ərazidə kiçik hərbi dəstələrin yerləşdirilməsi planlaşdırılır.




Digər mümkün ssenari isə “anarxizasiya” adlandırılıb. Bu halda
paytaxt Karakasda iğtişaşların yaradılması və təhlükəsizlik
xidmətləri ilə hakim partiyanın silahlı tərəfdarlarından istifadə
etməklə ölkənin “idarəolunmaz vəziyyətə” gətirilməsi nəzərdə
tutulur.

ABŞ mediası son vaxtlar Vaşinqtonun Venesuela ərazisinə yaxın
vaxtlarda zərbələr endirməyə başlaya biləcəyi barədə məlumatlar
yayıb. ABŞ Prezidenti Donald Tramp da Venesueladan quru yolu ilə
həyata keçirilən narkotik qaçaqmalçılığına qarşı mübarizənin “çox
tezliklə” başlayacağını bildirib, lakin mümkün hərbi əməliyyatlarla
bağlı detalları açıqlamayıb.