İndoneziyada daşqın və torpaq sürüşmələrində ölənlərin sayı 417-ə çatıb

Baş səhifə

Bakı. Trend:

İndoneziyanın Sumatra adasında baş verən şiddətli daşqın və
torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 417 nəfərə çatıb.

Trend xəbər verir
ki, bu barədə məlumatı İndoneziya Milli Axtarış və Xilasetmə
Agentliyi yayıb. Bundan əvvəl 303 ölüm hadisəsi bildirilmişdi.




Təbii fəlakətə ötən həftənin sonundan bəri bölgədə davam edən
güclü yağışlar səbəb olub. Sel suları yaşayış binalarına, yollara
və infrastruktura ziyan vurub və xilasedicilərin ən çox zərər
çəkmiş ərazilərə çatmasına mane olub.