
Bakı. Trend:
Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) vasitəsilə indiyədək
ümumilikdə 89 milyard kubmetrdən artıq qaz nəql edilib.
Bu barədə Trend
Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, nəql edilən qazın 53 milyard kubmetrdən çoxu
Avropa bazarlarına çatdırılıb.
Qeyd edək ki, bu gün Trans-Anadolu təbii qaz boru kəmərinin
(TANAP) Avropa ilə birləşən hissəsinin (ikinci faza) rəsmi
açılışından 6 il ötür.
“Cənub Qaz Dəhlizi”nin bu strateji halqası Azərbaycan qazını
Türkiyə üzərindən Avropaya daşıyan enerji körpüsünə çevrilərək
regionun enerji xəritəsini dəyişib.

