
Bakı. Trend:
Dekabrın 3–13-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində
boks üzrə dünya çempionatı keçiriləcək.
Trend xəbər verir
ki, 120-dən çox ölkənin qatılacağı mundialda Azərbaycan millisi də
mübarizə aparacaq.
Komandanın baş məşqçisi Ravşan Xocayev yarışda 11 boksçuya şans
verəcək. Dünya çempionatında Sübhan Mamedov (48 kq), Nicat Hüseynov
(51 kq), Zəlimxan Süleymanov (54 kq), Ümid Rüstəmov (57 kq),
Məhəmmədəli Aşurəliyev (60 kq), Maqsud Xasmetov (63,5 kq), Zaur
Qəhrəmanov (67 kq), Sərxan Əliyev (70 kq), Səidcəmşid Səfərov (80
kq), Alfonso Dominqes (86 kq) və Məhəmməd Abdullayev (+92 kq) rinqə
çıxacaqlar.
Mundialda Fuad Aslanov və Rövşən Qədirov hakimlər arasında
təmsil olunacaqlar. Milli komandanın rəhbərliyini isə Azərbaycan
Boks Federasiyası İdarə Heyətinin üzvü Rövşən Hüseynov həyata
keçirəcək.


