Rubio, Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər – KİV

Baş səhifə

Bakı. Trend:

ABŞ dövlət katibi Marko Rubio, ABŞ prezidenti Donald Trampın
xüsusi nümayəndəsi Stiven Vitkoff və ABŞ prezidentinin kürəkəni
Cared Kuşner noyabrın 30-da Ukrayna nümayəndə heyəti ilə
görüşəcəklər.

Trend-in məlumatına görə, bu barədə “Reuters” agentliyi ABŞ
administrasiyasının yüksək vəzifəli məmuruna istinadən xəbər
verib.




Məlumata əsasən, görüş ABŞ-nin Florida ştatında keçiriləcək.

Ağ Evin mətbuat xidməti tərəfindən bundan əvvəl açıqlanan
D.Trampın cədvəlinə əsasən, ABŞ prezidenti 30 noyabrda Mar-a-Laqo
malikanəsinin yerləşdiyi Floridadan Vaşinqtona qayıdacaq.