Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrı Laçın şəhərində “MDB-nin Mədəniyyət Paytaxtı – 2025″in bağlanış mərasimi çərçivəsində “Hoçazfilm” kinoteatrında konsert proqramı ilə çıxış edib.
“Report”un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, orkestrın təqdimatında Üzeyir Hacıbəyli, Arif Məlikov, Qara Qarayev, Emin Sabitoğlu, Fikrət Əmirov və digər görkəmli bəstəkarların mahnıları səsləndirilib.
Qeyd edək ki, bu gün “MDB-nin Mədəniyyət Paytaxtı – 2025″in bağlanış mərasimi olacaq.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

