​Ata-oğul eyni komandada oynayır

Baş səhifə

Hayrettin Aykutun 42 yaşı var. O, 25 ildən çoxdur ki, futbol oynayır. Hayrettin hazırda Türkiyənin Hatay şəhərində Birinci Həvəskar Liqdə oynayan “Mesaspor” komandasının şərəfini qoruyur.

Metbuat.az xəbər verir ki, Hayrettinin oğlu da futbolçudur. 17 yaşlı Enis Aykut atası ilə eyni klubda top qovur. Ata hücumçu, oğlu isə yarımmüdafiəçidir.

42 yaşlı Hayrettin oğlu ilə eyni futbol komandasında oynadığı üçün məmnundur. O, yerli mediaya açıqlamasında deyib ki, əsas olan oğlunun idmana maraq göstərməsidir. “Enisi 3 il əvvəl özümlə məşqlərə apardım. Öz üzərində islədi, məşqçilərin etimadını doğrultdu və əsas heyətə düşdü. Əsas odur ki, pis vərdişlərdən uzaqdır”, – Hayrettin deyib.

Enis atası ilə eyni komandanın şərəfini qoruduğu üçün xoşbəxt olduğunu bildirib: “Qol atanda bir-birimizin boynuna sarılırıq. Çox gözəl hislərdir, təsvir etməyə söz acizdir”.

Ata-oğulun ən böyük arzusu komandalarını peşəkar liqdə təmsil etməkdir. Onlar “Mesaspor”un çempion olması üçün əllərindən gələni əsirgəmirlər.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.