
Azərbaycan I Liqasında çıxış edən “Səbail” baş məşqçi Adil Şükürovla anlaşıb.
Klubdan “Report”a verilən məlumata görə, təcrübəli mütəxəssislə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.
O, sabah yeni komandasını ilk məşqinə çıxaracaq.
Qeyd edək ki, A.Şükürov bu postda Elvin Məmmədovu əvəzləyib.
A.Şükürov daha əvvəl “Kəpəz”in baş məşqçisi olub.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


