Rubio NATO-nun xarici işlər nazirlərinin toplantısına qatılmayacaq

Baş səhifə

Bakı. Trend:

ABŞ Dövlət katibi Marko Rubio dekabrın 3-də Brüsseldə
keçiriləcək NATO ölkələrinin xarici işlər nazirlərinin görüşündə
iştirak etməməyi planlaşdırır.

Trend xəbər verir ki, bunu “Reuters” öz mənbələrinə istinadən yazıb.




Agentliklə danışan mənbələrdən biri bildirib ki, Dövlət
Departamentinin rəhbəri əvəzinə həmin toplantıda onun müavini
Kristofer Landau iştirak edə bilər. Dövlət katibinin niyə görüşə
qatılmamağı planlaşdırdığı isə açıqlanmayıb.

“Reuters” qeyd edir ki, NATO XİN sammitində dövlət katibinin
iştirak etməməsi “son dərəcə nadir hal”dır. Sonuncu dəfə bu məsələ
2017-ci ildə, vəzifəni Reks Tillerson icra edərkən gündəmə
gəlmişdi. Həmin vaxt görüş onun qrafikinə uyğunlaşdırmaq üçün
təxirə salınmışdı.