
Türkiyəli tanınmış futbol şərhçisi Ertem Şener Qurban Qurbanovla görüşüb.
Metbuat.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Ertem Şener görüş zamanı Qurbanova Türkiyə millisinin oyunçuları tərəfindən imzalanmış simvolik “44” nömrəli formasını və futbol topu hədiyyə edib.
Q.Qurbanov da Türkiyə millisinə DÇ-2026-nın pley-off oyunlarında uğurlar arzulayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


