La Liqa klubu 72 yaşlı məşqçi ilə müqavilə imzalayıb

Baş səhifə

Bakı. Trend:

İspaniyanın “Betis” klubu baaş məşqçi Manuel Pelleqrini ilə yola
davam edəcək.

Trend xəbər verir ki, La Liqa
təmsilçisi çilili mütəxəssisin müqaviləsinin müddətini uzadıb.




Məlumata görə, 72 yaşlı çalışdırıcı ilə 2027-ci ilin 30 iyun
tarixinə kimi nəzərdə tutulan sözləşmə imzalanıb.

Qeyd edək ki, Manuel Pelleqrini 2020-ci ilin avqust ayında “Betis”in baş məşqçisi vəzifəsinə təyin olunub.