“Nərimanov” metrostansiyasının çıxışında aparılan divar üzlüklərinin bərpası işləri tamamlanıb

Baş səhifə
Nərimanov metrostansiyasının çıxışında aparılan divar üzlüklərinin bərpası işləri tamamlanıb

Bakı metrosunun “Nərimanov” stansiyasının 4-cü keçid çıxışında aparılan divar üzlüklərinin bərpası işləri tamamlanıb.

Bu barədə “Report”a “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Məlumata əsasən, həmçinin görmə məhdudiyyətli sərnişinlərin metrodan daha rahat və təhlükəsiz istifadəsi üçün stansiyada taktil döşəmələr quraşdırılıb.

Pilot layihənin qarşıdakı müddətdə digər stansiyalarda da tətbiqi nəzərdə tutulur.