
Bakı. Trend:
İran 2026 Futbol üzrə Dünya Çempionatının final hissəsinin
püşk-atmasını boykot etdiyini elan edib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Tehranın belə bir qərar qəbul etməsinə səbəb ABŞ
hökumətinin İrandan olan rəsmi nümayəndə heyətinin bir neçə üzvünə,
o cümlədən İranın Futbol federasiyasının rəhbəri Mehdi Taca viza
verməməsi olub.
“Biz artıq FİFA-nı məlumatlandırmışıq ki, qəbul olunmuş qərarın
idmana heç bir aidiyyəti yoxdur və İran nümayəndə heyətinin üzvləri
dünya çempionatının püşk atmasında iştirak etməyəcəklər”, – İranın
futbol assosasiyasının nümayəndəsi bildirib.
Qeyd edək ki, Dünya Çempionatının püşkatması dekabrın 5-də
Vaşinqtonda keçiriləcək. Püşkatma mərasimini boykot etməsinə rəğmən
İran yığması 2026-cı ilin dünya çempionatında iştirak edəcək.
Dünyanın ən mötəbər idman turniri iyunun 11-dən iyulun 19-a kimi
ABŞ, Kanada və Meksikada keçiriləcək.


