Bakı. Trend:
Bu ayın əvvəlində Astara gömrükçüləri İrandan Estoniyaya gedən
tranzit yükündə dəyəri 90 milyon ABŞ dolları olan böyük miqdarda
heroin müsadirə ediblər.
Trend xəbər
verir ki, Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat
yayıb.
Bildirilib ki, bu təhlükəli narkotiklərin aşkar olunması, ABŞ
səfirliyi nəzdində Hərbi Qrup tərəfindən 2021-ci ildə Dövlət Gömrük
Komitəsinə təqdim edilmiş dəmir yol vaqonlarının stasionar tipli
yoxlama baxış sistemi sayəsində mümkün olub.
“Bu əməliyyat narkotik qaçaqmalçılığına qarşı mübarizədə
beynəlxalq əməkdaşlığın, xüsusilə də ABŞ–Azərbaycan tərəfdaşlığının
nə qədər mühüm rol oynadığını bir daha təsdiqləyir. Ay ərzində
həyata keçirilən bu uğurlu əməliyyat, ABŞ–Azərbaycan əməkdaşlığının
hər iki ölkəyə fayda verdiyini və Amerika, Azərbaycan və bütün
region üçün təhlükəsizliyin gücləndirilməsinə xidmət etdiyini
göstərən parlaq bir nümunədir”, – deyə səfirliyin məlumatında qeyd
olunub.

