İrandan Estoniyaya aparılan 90 mln. dollarlıq heroin ABŞ-ın Azərbaycana verdiyi avadanlıqla aşkarlanıb

Baş səhifə

Bu ayın əvvəlində Astara gömrükçüləri İrandan Estoniyaya gedən tranzit yükündə dəyəri 90 milyon ABŞ dolları olan böyük miqdarda heroin müsadirə ediblər. Bu təhlükəli narkotiklərin aşkar olunması, ABŞ səfirliyi nəzdində Hərbi Qrup tərəfindən 2021-ci ildə Azərbaycan Dövlət Gömrük Komitəsinə təqdim edilmiş dəmir yol vaqonlarının stasionar tipli yoxlama baxış sistemi sayəsində mümkün olub.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bu əməliyyat narkotik qaçaqmalçılığına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın, xüsusilə də ABŞ–Azərbaycan tərəfdaşlığının nə qədər mühüm rol oynadığını bir daha təsdiqləyir. Ay ərzində həyata keçirilən bu uğurlu əməliyyat, ABŞ–Azərbaycan əməkdaşlığının hər iki ölkəyə fayda verdiyini və Amerika, Azərbaycan və bütün region üçün təhlükəsizliyin gücləndirilməsinə xidmət etdiyini göstərən parlaq bir nümunədir”, – qeyd olunub.