Misli Premyer Liqasında XIII tura start veriləcək

Baş səhifə

Bakı. Trend:

Misli Premyer Liqasında XIII tura start veriləcək.

Trend-in
məlumatına görə, açılış qarşılaşmasında “Kəpəz” “Zirə” ilə üz-üzə
gələcək. Görüş saat 14:00-da start götürəcək.

“Kəpəz” klubu 6 xalla onuncu, Zirə təmsilçisi isə 23 xalla
ikinci pillədə qərarlaşıb.




Daha sonra “Neftçi” “Turan”nın qonağı olacaq. Bu oyun isə saat
18:30-da başlayacaq.

“Neftçi” klubu 15 xalla səkkizinci, “Turan” komandası isə 23
xalla üçüncü sıradadır.

Qeyd edək ki, Premyer Liqanın XIII turuna noyabrın 30-u yekun
vurulacaq.