Vaşinqtonda atışmada yaralanan Milli Qvardiya hərbçisi həyatını itirib

Baş səhifə

Bakı. Trend:

Vaşinqtonda baş verən atışma zamanı yaralanan Milli Qvardiyanın
hərbçisi vəfat edib.

Trend-in
məlumatına görə, ABŞ prezidenti Donald Tramp bu barədə hərbçilərə
təşəkkür günü münasibətilə müraciətində bildirib.

“Təəssüf ki, Qərbi Virciniyadan olan Sara Bekstromun öldüyünü
indicə öyrəndim. Digər gənc isə həyatı uğrunda mübarizə aparır”, –
deyə Tramp qeyd edib.




Qeyd olunur ki, Ağ Evin yaxınlığında Milli Qvardiyanın iki
əsgəri güllələnib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs
saxlanılıb. Onun 2021-ci ildə ABŞ-yə daxil olmuş Əfqanıstan
vətəndaşı Rəhmanullah Lakanval olduğu müəyyən edilib.

Hüquq-mühafizə orqanları insidenti beynəlxalq terror aktı kimi
qiymətləndirmə ehtimalını araşdırır.