
Bakı. Trend:
Meksika Prezidenti Klaudiya Şeynbaum gələn həftə Vaşinqtonda ABŞ
Prezidenti Donald Trampla görüşə biləcəyini bildirib.
Trend xəbər verir
ki, bu barədə o, keçirdiyi mətbuat konfransında məlumat verib.
Şeynbaum qeyd edib ki, görüş 2026-cı il Dünya Kubokunun püşkatma
mərasiminin Vaşinqtonda keçirilməsi zamanı baş tuta bilər.
Prezident bildirib ki, ABŞ Prezidenti və Kanadanın Baş naziri
Mark Karninin 5 dekabr püşkatma mərasimində iştirakını
təsdiqləməsini gözlədikdən sonra özü görüşə gedib-getməyəcəyinə
qərar verəcək.
“Qərar hələ verilməyib. Mən yaxın vaxtlarda Prezident Trampla
danışmamışam. Görüşün baş tutub-tutmayacağını görəcəyik”, –
Şeynbaum əlavə edib.


