Resmixeber.az bildirir ki,mayın 18-də Elm və Təhsil Nazirlilyi tərəfindən Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin VI siniflərində monitorinq keçirilib.
İki gün ərzində Abşeron-Xızı Regional Təhsil idarəsi üzrə 29 mərkəzdə 30 000-ə yaxın şagird monitorinqə cəlb olunub.
Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılıb. Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına,
eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.