
Bakı. Trend:
Alyaska ştatında 6,0 bal gücündə zəlzələ qeydə alınıb.
Trend xəbər verir
ki, məlumatı ABŞ Geoloji Xidməti yayıb.
Agentliyin məlumatına görə, yeraltı təkanların episentri
Ankoricdən 59 kilometr şimal-qərbdə olub, ocağı isə 69,4 kilometr
dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə hər hansı məlumat daxil
olmayıb.


