Alyaskada güclü zəlzələ qeydə alınıb

Baş səhifə
Alyaskada güclü zəlzələ qeydə alınıb

Alyaskada 6,0 bal gücündə zəlzələ baş verib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 17:11-də (Bakı vaxtı ilə 21:11) Susitnadan 12 kilometr şimal-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 69,4 kilometr dərinlikdə yerləşib.

Sunami təhlükəsi yoxdur. Xəsarət və dağıntılar barədə məlumat verilmir.