Rusiya Prezidenti Vladimir Putin gələn həftə ABŞ nümayəndə heyətinin Moskvaya gələcəyini təsdiqləyib.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, o, bu barədə Bişkekdə KTMT sammitinin yekunlarına dair mətbuat konfransında deyib.
“Gələn həftə ABŞ nümayəndə heyəti Moskvaya gəlməlidir, heyətin kimlərdən ibarət olacağını isə Tramp (ABŞ Prezidenti Donald Tramp – red.) müəyyən edəcək”, – o bildirib..
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

