İordaniya Azərbaycanla əczaçılıq sahəsində əməkdaşlığın inkişafı üçün potensialın olduğunu görür – Nazir

Baş səhifə

Bakı. Trend:

İordaniya əczaçılıq sahəsində Azərbaycanla əməkdaşlığın inkişafı
üçün potensialın olduğunu görür.

Trend xəbər verir
ki, bunu bu gün İordaniyanın Sənaye, Ticarət və Logistika naziri
Yarub Əl-Kuda İordaniya və Azərbaycan arasında ticarət, iqtisadi və
texniki əməkdaşlq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü
iclasının nəticələrinə dair keçirilən mətbuat konfransında
bildirib.

“İordaniya öz əczaçılıq sənayesi ilə yaxşı tanınır. Məncə,
əminliklə deyə bilərəm: İordaniya ərəb ölkələri arasında əczaçılıq
sənayesində birinci yerdə gəlir.

Digər tərəfdən, siz Azərbaycanda əczaçılıq sahəsində istehsalatı
inkişaf etdirməyə çalışırsınız və bu sahədə əməkdaşlıq qura
bilərik”, – deyə nazir qeyd edib.