Dekabrda Azərbaycanda media savadlılığı həftəsi başlayacaq

Baş səhifə

Bakı. Trend:

Dünyada media yarandığı gündən təhdid və təqiblərlə formalaşıb.
Media bu təhdidlər fonunda böyüyür, inkişaf edir və buna qarşı onda
immunitet formalaşır.

Trend xəbər
verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktorunun
müavini Natiq Məmmədli Türk Dövlətləri Təşkilatının Media Forumu
çərçivəsində baş tutan “Müasir dövrdə artan qlobal informasiya
təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar: Türk
dövlətlərinin media ekosistemi nümunəsində” mövzusuna həsr olunan
panel sessiyada çıxışı zamanı deyib.

N.Məmmədli bildirib ki, hazırkı dövrdə media senzurasının
mahiyyəti dəyişib.




“İndi informasiya bolluğu insanlara laızm olan məlumatı tapıb
seçməkdə çətinlik yaradır. Süni intellekt əsaslı informasiyaların,
feyk-nyusların artımı peşəkar medianın inkişafında ciddi
əngəllərdən biridir. Yeni “Media haqqında” Qanun Azərbaycan
unformasiya məkanının qorunması üçün hüquqi immunitet rolunu
oynayır”, – deyə o vurğulayıb.

O, həmçinin qeyd edib ki, növbəti ay Azərbaycanda media
savadlılığı həftəsi başlayacaq.