
Türkiyə Superliqasının XIV turunun “Fənərbağça” – “Qalatasaray” oyununu idarə edəcək hakim müəyyənləşib.
“Report” yerli mətbuata istinadən xəbər verir ki, İstanbul derbisi Yasin Kola tapşırılıb.
Qarşılaşma dekabrın 1-də, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, “Qalatasaray” 32 xalla liderdir. “Fənərbağça” 31 xalla ikinci pillədə qərarlaşıb.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


