
Bakı. Trend:
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Özbəkistanın
paytaxtı Daşkənd şəhərində keçirilən Transxəzər Beynəlxalq
Nəqliyyat Dəhlizi Forumunda Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara
dəniz regionu üzrə Əhatəli Əlaqələndirmə Gündəliyi panelində
iştirak edib.
Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən
məlumat verilib.
Nazir çıxışı zamanı qeyd edib ki, iri dəhliz layihələrində əsas
maneələr sərhəd standartlarının fərqli olması, rəqəmsallaşmanın
yetərsizliyi və infrastruktur çatışmazlıqlarıdır.
Rəşad Nəbiyev Azərbaycanın strateji mövqeyi, sabitliyi və
iqtisadi diversifikasiyası sayəsində etibarlı və cəlbedici
investisiya məkanı olduğunu vurğulayıb.
O, həmçinin Zəngəzur dəhlizinin Avropa ilə Mərkəzi Asiya
arasında dayanıqlı, sürətli və sərfəli əlaqə yaradacağını, Orta
Dəhlizin isə region üçün davamlı və effektiv model kimi inkişaf
etdirildiyini bildirib.


