Bank sektorunun aktivləri artdı

Baş səhifə

Bu il noyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 56 milyard 341,9 milyon manat təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb

Bu, ötən il noyabrın 1-i ilə müqayisədə 13,4 % çoxdur.

Bankların aktivlərinin 27 milyard 652,7 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 8,4 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 51,3 %-dən 49,1 %-ə düşüb.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 13,7 % artaraq 49 milyard 182milyon manata, o cümlədən depozit portfeli 4,9 % artaraq 36 milyard 62,9 milyon manata çatıb. Bunun 15 milyard 549milyon manatı fiziki, 20 milyard 513,9milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 11,3 %, şirkətlərin banklardakı vəsaitləri isə 0,5 % artıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 89,6 dəfə azalaraq 0,5 milyon manat olub.

Sektorun balans kapitalı isə 11,1 % artaraq 7 milyard 159,9 milyon manat təşkil edib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.