
Bakı. Trend:
Bu ilin noyabrın 1-nə Azərbaycanda fəaliyyətdə olan bankların
cəmi aktivləri 56,3 milyard manat, cəmi öhdəlikləri 49,2 milyard
manat, balans kapitalı 7,2 milyard manat olub.
Trend
Azərbayacn Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bank
sektorunun aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 13,4%
artıb.
Bundan başqa hesabat dövründə bank sektorunun cəmi öhdəlikləri
49,2 milyard manat, balans kapitalı 7,2 milyard manat olub.
Hesabat ayında bankların kredit portfeli 0.4% və ya 127.6 milyon
manat artaraq 29,4 milyard manat olub. Kredit portfelinin
strukturu: ı) biznes kreditləri – 53.1% (15,6 milyard manat); ıı)
istehlak kreditləri – 31.4% (9,2 milyard manat) və ııı) ipoteka
kreditləri – 15.5% (4,5 milyard manat).

