BVF Kiyevlə 8,2 milyard dollarlıq maliyyələşdirmə barədə razılığa gəlib

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondu (BVF) və Ukrayna rəsmiləri təxminən 8,2
milyard dollar dəyərində yeni maliyyələşdirmə proqramı üzrə ekspert
səviyyəsində razılaşmalar əldə ediblər.

Tremd-in məlumatına görə, bu barədə BVF-nin saytında
bildirilib.




Qeyd edilib ki, roqram 48 ay üçün nəzərdə tutulub. BVF-nin
Ukraynadakı missiyasının rəhbəri Qevin Qreyin rəhbərlik etdiyi
nümayəndə heyəti ilə Ukrayna hakimiyyəti arasında görüşlər 17-21
noyabr tarixlərində baş tutub.

Ali Radanın Büdcə Komitəsinin rəhbəri Roksolana Pidlasa bu ayın
əvvəlində BVF-nin Kiyevlə yeni maliyyələşdirmə proqramı ilə bağlı
danışıqlara başladığını açıqlayıb.