Qvineya-Bisau prezidenti ordu tərəfindən devrildiyini elan edib

Baş səhifə

Bakı. Trend:

Qvineya-Bisau prezidenti Umaru Sisoko Embalo ölkədə baş verən
dövlət çevrilişini etiraf edərək, ordu tərəfindən devrildiyini elan
edib.

Trend-in məlumatına görə, bu barədə o “France 24” televiziya
kanalına bildirib.




“Məni devirdilər. Çox şey deyə bilmərəm, əks halda telefonumu
əlimdən alacaqlar. İndi qərargahdayam”, – deyə o qeyd edib.

Bundan əvvəl, briqada generalı Denis N’Kanya jurnalistlərə
Qvineya-Bisauda hərbçilərin hakimiyyəti ələ keçirdiyini elan edib.
O, bütün dövlət qurumlarının fəaliyyəti dayandırıldığını, ölkənin
sərhədlərinin bağlandığını və 23 noyabr prezident və parlament
seçkilərində səslərin sayılmasının dayandırıldığını açıqladı. Seçki
Komissiyası nəticələri 28 noyabrda elan etməyi planlaşdırırdı.