Bakı. Trend:
Hərbçilər Qvineya Bisauda hakimiyyəti ələ keçiriblər.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, prezident Ömər Sissoko Embalonun, daxili işlər
nazirinin, Silahlı Qüvvələrin Baş qərargah rəisinin saxlandığı
bildirilir. Afrikanın qərbində yerləşən adıçəkilən dövlətdə
seçkilər ötən bazar günü keçirilib.
Sabah ilkin nəticələrin elan edilməsi gözlənilirdi. Seçkilərdə
hazırkı prezident Ömər Sissoko Embalo və Fernando Diyas əsas
namizədlər olub. Səlahiyyət müddəti bitən prezident və rəqibi
özlərini seçkilərdə qalib elan ediblər.
Qeyd edək ki, Seneqal və Qvineya ilə həmsərhəd olan kiçik sahil
dövlətində 1974-cü ildə müstəqil olduğunu gündən 2020-ci ilədək azı
9 çevriliş hadisəsi baş verib.

