Londonda fermerlər traktorlarla etiraz aksiyası keçirdi

Baş səhifə

Bakı. Trend:

Londonda dövlət büdcəsinin açıqlanmasından öncə fermerlər ailə
sahibkarlığına tətbiq edilən vergi islahatları və miras vergisi ilə
bağlı etiraz aksiyası keçiriblər.

Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, etiraz aksiyası paytaxtın mərkəzində ciddi
nəqliyyat sıxlığına səbəb olub.




Polis tərəfindən traktorların şəhər mərkəzinə girişinə qoyulan
qadağaya baxmayaraq onlarla fermer Vestminsterə traktor karvanı ilə
daxil olub.

Fermerlər etirazlarını davamlı traktor siqnalları çalaraq
bildiriblər.