
Türkiyənin əfsanəvi aktyoru Haluk Bilginer İstanbulda tez-tez fanatlarının əhatəsinə düşür. İstanbulun Nişantaşı səmtində aktyor əlini öpən pərəstişkarına maraqlı məsləhət verib.
Metbuat.az xəbər verir ki, məşhur aktyorlar Haluk Bilginer və Feyyaz Yiğitin baş rollarda çəkildiyi “Yan-yana” filminin noyabrın 14-də nümayişinə başlanılıb. Rejissoru Mert Baykal olan filmi bir həftə ərzində 500 mindən çox tamaşaçı izləyib.
Bu uğurdan sonra Haluk Bilginer ötən gün Nişantaşıda gəzintiyə çıxıb. Heyranları onun personasına böyük maraq göstəriblər. Qocaman aktyor çoxlu sayda fanatı ilə şəkil çəkdirmək məcburiyyətində qalıb.
Tamaşaçılardan biri aktyorun əlini öpməyə çalışıb. Bilginer heyranına “Atandan başqa heç kimin əlini öpmə” deyib.
Məşhur aktyorun bu sözləri sosial şəbəkələrin Türkiyə seqmetində maraqla qarşılanıb. Minlərlə insan sənətçinin ünvanına xoş sözlər yazıb.


