Aqrar Sığorta Fondu 4 nəqliyyat vasitəsinin və inzibati binasının könüllü sığortalanması ilə bağlı açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 10 manatdır.
İddiaçılar təkliflərini dekabrın 17-nə qədər Fondun yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 175 ünvanına təqdim edə bilərlər.
Təkliflərə dekabrın 17-də, saat 17:30-da qeyd olunan ünvanda baxılacaq.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

