Şahmat üzrə Dünya Kubokunun qalibi müəyyənləşib

Baş səhifə
Şahmat üzrə Dünya Kubokunun qalibi müəyyənləşib

Hindistanın Qoa şəhərində keçirilən şahmat üzrə Dünya Kubokunun qalibi müəyyənləşib.

“Report”un məlumatına görə, Özbəkistan təmsilçisi Javohir Sindarov birinci olub.

O, final görüşünün tay-breykində çinli rəqibi Vey İ ilə dueldən qalib ayrılıb.

Sindarov, Vey İ və yarışı üçüncü sırada bitirən rusiyalı Andrey Yesipenko 2026-cı ildə keçiriləcək İddiaçılar Turnirində iştirak etmək hüququna yiyələniblər.