Biz faktiki olaraq KTMT-dən çıxmışıq – Alen Simonyan

Baş səhifə

Bakı. Trend:

Biz faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatından (KTMT) çıxmışıq.

Trend erməni KİV-ə
istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri
Alen Simonyan jurnalistlərin suallarını cavablandırarkən deyib.

Jurnalist ondan Ermənistanın bu strukturdan nə üçün indiyə kimi
çıxmadığını soruşub. Erməni siyasətçi buna cavabında deyib:




“Biz faktiki olaraq çıxmışıq. Qalanını isə bizim siyasi
məqsədyönlülüyümüzə və apardığımız danışıqlara həvalə edin”.

Bundan əvvəl, noyabrın 26-da Ermənistanın xarici işlər nazirinin
müavini Mnaçakan Safaryan jurnalistlərə açıqlamasında hazırkı
mərhələdə Ermənistan hökumətinin Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatından çıxmaq imkanını nəzərdən keçirmədiyini
bildirmişdi.