Honq Konqda yanğın baş verən binada 13 nəfər qalıb

Baş səhifə
Honq Konqda yanğın baş verən binada 13 nəfər qalıb

Honq Konqun Tay Po rayonunda yanan yaşayış kompleksində olan 13 nəfərin, o cümlədən iki azyaşlı uşaqdan xəbər yoxdur.

“Report”un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu şəhər hakimiyyəti bildirib.

Ümumilikdə 4 nəfərin həlak olduğu bildirilib.

Bundan əlavə, 9 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 3 nəfərin vəziyyəti kritikdir.

İlkin məlumata görə, yanğın karaoke-barda başlayıb.