İsrail 15 fələstinlinin meyitini BQXK-ə təhvil verib

Baş səhifə

İsrail 15 fələstinlinin meyitini Beynəlxalq Qırmızı Xaç Komitəsinə təhvil verib.

APA xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Qeyd edək ki, dünən HAMAS israilli girovun meyitini qaytarmışdı.

HAMAS və İsrail arasında əldə olunan atəşkəs razılaşmaya əsasən, İsrail qaytarılan hər bir girov müqabilində 15 fələstinli meyitini Qəzzaya qaytarmağı öhdəsinə götürüb.