DYƏT: Yeni marşrutların yaranması indiyə qədər misli görünməmiş çağırışlar gətirib

Baş səhifə
DYƏT: Yeni marşrutların yaranması indiyə qədər misli görünməmiş çağırışlar gətirib

Son illər yük axınının əhəmiyyətli dərəcədə yenidən bölüşdürülməsi və yeni marşrutların yaranması indiyə qədər misli görünməmiş çağırışlar gətirib.

“Report” xəbər verir ki, bunu Dəmir Yolları Əməkdaşlıq Təşkilatının (DYƏT) sədri Miroslav Antonoviç Bakıda keçirilən MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasında bildirib.

Onun sözlərinə görə, əməkdaşlıq və ümumi vahid standartlar vasitəsilə Asiya və Avropa arasında quru təchizat zəncirlərinin dayanıqlılığı və rəqabət qabiliyyəti təmin oluna bilər: “Nəqliyyat əlaqələrinin səmərəliliyinin və marşrutların dayanıqlılığının diversifikasiyası, eyni zamanda ticarətin inkişafına müsbət təsir göstərir. Bu, bizdən hüquqi rejimlərin uyğunlaşdırılmasını, daşıma sənədlərinin rəqəmsallaşdırılması üzrə sürətli işlərin aparılmasını tələb edir”.

Qonaq qeyd edib ki, hazırda dəmir yolu sahəsində əsas məsələlərdən biri rəqəmsal qovşaqların tətbiqi, hərəkətin avtomatlaşdırılması sistemlərinin inkişafı və dekarbonizasiyadır.