Bakı. Trend:
Azər Allahverənov Türk Dövlətlərinə üzv ölkələrin QHT
Platformasının Baş katibi olub.
Trend xəbər verir ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin
QHT Platformasının təsis konfransında Azərbaycan Milli QHT
Forumunun İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər
Allahverənovun Platformanın Baş katibi olması barədə qərar qəbul
olunub.
Qeyd edək ki, 2025-ci il noyabrın 25-də Türk Dövlətləri
Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu Naxçıvan
şəhərində davam edib.

